Ombudsman:
    • 25-11-2021, 18:37
    • 439

Ombudsman: "Azərbaycanda 231 min qadın SAHİBKARLIQLA MƏŞĞULDUR"

“Ölkə əhalisinin yarıdan çoxunun qadınların təşkil etdiyini nəzərə alsaq, onların hüquqlarını təmin etmədən gender bərabərliyindən danışa bilmərik. Qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması Ombudsman Aparatının daim diqqətindədir".

News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, insan hüquqlarının məhdudlaşırılması və pozulması ölkəmizdə də problem olaraq qalmaqdadır: "Bu məsələnin həlli istiqamətində Azərbaycan respublikasında da milli fəaliyyət planı hazırlayıb. Təsisatımız tərəfindən qız uşaqlarının təhsilə cəlb olunması ilə bağlı monitorinq aparılır. Qadınların işlə təmin olunması, iqtisadi imkanlarının inkişaf etdirilməsi üçün Ombudsman Aparatı maarifləndirmə işləri aparıb, onlarla qadının problemlərini aradan qaldırıb.

2012-ci ildə 71 min qadın sahibkarlıqla məşğul idisə, 2021-ci ildə bu rəqəm 231 minə çatıb".