Azərbaycana martda 15 ölkənin vətəndaşı səfər etdi
    • 11-04-2022, 13:54
    • 290

Azərbaycana martda 15 ölkənin vətəndaşı səfər etdi

Bu ilin mart ayında Azərbaycana əsasən 15 ölkənin 87 077 vətəndaşı səfər edib.

Bu barədə News24.az-a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, siyahıda ilk üç yeri 24 244 nəfərlə Türkiyə, 17 824 nəfərlə Rusiya və 15 638 nəfərlə İran tutub. Növbəti yerlərdə 5 483 nəfərlə Gürcüstan, 5 327 nəfərlə Ukrayna, 4 001 nəfərlə Pakistan, 3 632 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri, 2 683 nəfərlə Səudiyyə Ərəbistanı, 1 556 nəfərlə Hindistan, 1 512 nəfərlə Qazaxıstan, 1 202 nəfərlə Küveyt, 1 105 nəfərlə Birləşmiş Krallıq, 971 nəfərlə Özbəkistan, 953 nəfərlə Almaniya və 946 nəfərlə Belarus qərarlaşıb.