-
- 11-04-2022, 17:39
- 508
Avtobuslarda gediş haqqı artacaq? – Deputatdan məsələyə münasibət: “GÖZLƏMƏLİYİK”
Bir neçə gün əvvəl Bakıda fəaliyyət göstərən 40-a yaxın sərnişindaşıma şirkəti avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət ünvanlayıb. Onlar 30 qəpik gedişhaqqının sərf etmədiyini bildirərək, qiymət artımı tələb ediblər. Sərnişindaşıma şirkətləri Tarif Şurasına müraciət zərurətlərini ehtiyat hissələrinin, sığortanın, yanacağın qiymətinin qalxması, dotasiyaların verilməməsi ilə əlaqələndiriblər.
Bəs, gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlara qiymət artımı sərf edirmi?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov sərnişindaşıma şirkətlərinin müraciətində müəyyən qədər həqiqət olduğunu desə də, nəzərə almalı olduqları nüansların olduğunu da qeyd edib:
“Pandemiya dövründə sərnişindaşıma şirkətləri çox əziyyət çəkiblər, onlara məhdudiyyətlər tətbiq olunub, bunları anlayıram. Amma əhali pandemiyadan yeni xilas olmağa çalışır. Təsərrüfatlar canlanmalıdır, insanların büdcəsi hələ aşağıdır. Qiymət artımına tələsməyə ehtiyac yoxdur. İkinci məsələ ondan ibarətdir ki, avtobusların əksəriyyəti dövlət hesabına alınıb. İndiki məqamda o avtobusların təmiri ciddi məsələ deyil. Buna hələ zaman lazımdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da çox ciddi qiymət artımı gedir. Sosial sahədə problemli məsələlər var. Elə bu səbəbdən də ölkə başçısı 2022-i ildə dövlət büdcəsinin 46 faizini sosial sahəyə ayırmışdı. Qısası, bir az gözləməliyik”.