Putinin sabiq köməkçisi ev dustaqlığına salınıb?
    • 11-04-2022, 22:53
    • 347

Putinin sabiq köməkçisi ev dustaqlığına salınıb?

Rusiya Prezidenti Vladimir Putinin sabiq köməkçisi Vladislav Surkovun ev dustaqlığında olduğu barədə məlumat yayılıb.

Bu iddia ilə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov çıxış edib.

O qeyd edib ki, hazırda istintaq onun 2014-cü ildə Ukraynanın Donbas vilayətində Rusiyanın dövlət əmlakını mənimsəməsini araşdırır.

Qeyd edək ki, Vladislav Surkov həmçinin Rusiya Prezidentinin Ukrayna ilə bağlı siyasətinə cavabdeh şəxs olub. /oxu.az/