Məşhur fransalı bloger Patrik Veiseller Azərbaycana səfər etdi
    • 12-04-2022, 13:33
    • 563

Məşhur fransalı bloger Patrik Veiseller Azərbaycana səfər etdi

Məşhur bloger sosial media hesablarından və həmçinin "Netflix" platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, avtomobil turu formatında həyata keçiriləcək layihədə Fransanın komediya ustası “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycan tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.

Qeyd edək ki, bloger, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı reportajları da təqdim edəcək.