Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq - FOTO
    • 7-12-2018, 18:25
    • 926

Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq - FOTO

Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.

Veriliş bu gün Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanacaq.
Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, repertuarından mahnılar səsləndirilicək. Həmçinin, sənətkarın qızı Rəşidə Rəşid canlı telefon bağlantısı ilə efirdə atası ilə bağlı xatirələrini bölüşəcək.
Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

//AZƏRTAC