“Hazırda Azərbaycanda ərzaq qıtlığı YOXDUR, qiymətlər isə ARTIR” - Vüqar Bayramov
    • 13-04-2022, 15:19
    • 705

“Hazırda Azərbaycanda ərzaq qıtlığı YOXDUR, qiymətlər isə ARTIR” - Vüqar Bayramov

“Ukrayna-Rusiya müharibəsi dünya bazarında qiymətlərin artmasına və bəzi ərzaq məhsullarının qıtlığına səbəb oldu. Bir sıra ərzaq məhsullarının qiymətlərində 35 faiz artım müşahidə edilir. Hətta inkişaf etmiş bir neçə ölkədə belə strateji ərzaq məhsullarının təminatı ilə bağlı çətinliklər var”. 

Bunu News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O, bahalaşma və ərzaq qıtlığı ilə bağlı Azərbaycan hökumətinin atdığı addımlardan söz açıb: “2022-ci ilin yanvar ayında Azərbaycan ixdal etdiyi buğdanın həcmini dörd dəfə artırıb. Bu da təbii ki, strateji ərzaq ehtiyatlarının artırılması ilə bağlıdır. Hazırda Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda ərzaq qıtlığı yoxdur. Çünki vətəndaşlarımız ərzaq məhsulu almaqda hər hansısa bir çətinliklə üzləşmirlər. Ancaq buna baxmayaraq, dünya bazarında qeyri-müəyyənlik qalır və idxal infilyasiyası qaçılmazdır. Dünya bazarındakı qiymət artımları Azərbaycanın istehlak bazarında da qiymətlərin artmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda istehlak bazarının son bir rübündə qiymətlər 12 faizə yaxın artıb. Bu da onu göstərir ki, qiymət artımları 2 faizdir”. 

Qumral Əliyeva

Foto: Nicat Niftəliyev