Əlilliyin yeni meyarlarla təyin edilməsi üçün işlər yekunlaşmaq üzrədir
    • 13-04-2022, 22:15
    • 287

Əlilliyin yeni meyarlarla təyin edilməsi üçün işlər yekunlaşmaq üzrədir

Azərbaycanda əlilliyin yeni meyarlarla təyin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları təsdiq edib. “Təqribən 800-dən artıq yeni meyarlar müəyyənləşib. Bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in həkim ekspertləri təlimlərdən keçiblər. Yəni bu meyarların tətbiqi ilə bağlı ciddi problem qalmayıb”, - deyə o bildirib. /Trend.az/