Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edildi
    • 13-04-2022, 23:15
    • 366

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edildi

Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

Bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib. /Report.az/