-
- 8-12-2018, 10:45
- 1 778
"Qaynana 2018"in yaradıcı heyəti hesabat verdi - FOTOLAR - VİDEO
Xəbər verdiyimiz kimi, “Qaynana 2018” filminin təqdimatı baş tutacaq.
News24.az-ın məlumatına görə ötən gün bununla bağlı yaradıcı heyət mətbuat konfransı keçirib.
“Caspian Media Group” şirkətinin ərsəyə gətirdiyi ekran işi “Qaynana” filminin 40 illikyubileyi ərəfəsində çəkilib. 1978-ci ildə çəkilən filmin mahnılarını səsləndirən xalq artisti Flora Kərimova bu dəfə özü Canan adlı qaynana obrazını canlandırıb. Filmdə həmçinin xalq artistləri Səfa Mirzəhəsənov, İlham Namiq Kamal, əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Elməddin Cəfərov, Riad Abdulov, Sevinc Əliyeva, Joy Azum Ogochukwuv, Ülviyyə Əliyeva çəkilib. Epizodik rolda isə rumıniyalı müğənni Seeyanı görmək mümkün olacaq.
Filmin baş prodüseri Hüseyn Cavadzadə daha da geniş açıqlama verib:
"Bu ekran işində bəxtimiz gətirdi ki, 40 il öncə ilk filmin mahnılarını ifa etmiş dəyərli sənətkar Flora Kərimova ilə birlikdə çalışdıq. Ümid edirəm ki, keyfiyyətli iş ərsəyə gətirmişik. Onu da qeyd edim ki, filmi izləyib bəzi ixtisarlar etmişəm. Elə bir filmdir ki, ailəliklə izləyə bilərsiniz. Bizim üçün əhəmiyyətli olan tamaşaçıların yaradıcı heyət haqda müsbət fikirlər bildirməsidir Ekran işi paytaxtla yanaşı bölgələrimizdə və dünyanın bir neçə ölkəsində nümayiş olunacaq”.
Sonra Flora Kərimova ekran işi haqda öz fikirlərini bildirib:
“Biri var ki, hansısa kollektivlə tanış olasan, işləyəsən və sonra ürəyin sınıq gedəsən. Bizim isə aramızda sevgi var idi. Bu yaşımda filmə çəkildim, mənim nazımla oynadılar. Küsürdüm, barışırdım, yemək və paltar davası edirdim. Səhər 5 də yığışırdıq. Elməddin elə bir oyun çıxardırdı ki, yarım saat gülürdük. Sizlərə təşəkkür edirəm. Bir daha əminəm ki, mahnılarım və bu film məni xalqım üçün yaşadacaq”.
Qeyd edək ki, “Qaynana 2018”in rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı isə İmruzə Hüseynovadır.
Teymur MƏMMƏDOV
Foto/Video: Səməd AĞAYEV