Bakıda yeniyetməyə iki bıçaq zərbəsi vuruldu
    • 15-04-2022, 01:51
    • 328

Bakıda yeniyetməyə iki bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda küçədə 16 yaşlı şəxs bıçaqlanıb.

Hadisə Hövsan qəsəbəsində baş verib. Küçədə 2006-ci il Mustafayev Hüseyn Pərviz oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona döş qəfəsinə və qarın boşluğuna bıçaq xəsarətləri yetirilib.

Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Hazırda cərrahi əməliyat aparılır. Pasientin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır. /Apa.az/