Bakıda gənc oğlan bıçaqlandı
    • 12-04-2022, 01:43
    • 423

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Anar Xəqani oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

A.Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır. /APA/