-
- 15-04-2022, 11:02
- 423
Evdən qaçıb Bakıya gələn 14 yaşlı qızla dəfələrlə cinsi əlaqəyə girdi
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tofiq Qəribov həbs edilib.
News24.az-ın məlumatına görə, Nizami rayon Polis İdarəsində 30 yaşlı Tofiq barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə iş başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq “İMO” sosial şəbəkəsində 2020-ci ildə Gülər adlı (şərti) qızla tanış olub. Mingəçevir şəhərində yaşayan və həmin vaxt 14 yaşında olan qız daha sonra evdən qaçaraq avtobusla Bakıya gəlib. Tofiq dostu ilə birgə Lökbatan dairəsində qızı qarşılayaraq Nizami rayonu 8-ci kilometr qəsəbəsində, İcra hakimiyyətinin yaxınlığındakı mənzilə aparıb. O, burada 14 yaşlı qızla bir neçə dəfə cinsi əlaqədə olaraq onun bakirəliyini pozub.
Sonradan Gülərin ailəsi polisə müraciət edib və o, tapılaraq Mingəçevirə qaytarılıb. Bu hadisədən 2 il sonra isə qızın ailəsi onun bakirə olmadığını öyrənib və Tofiqin əməlləri ilə bağlı polisə müraciət edib.
Nizami rayon Məhkəməsi Tofiq barəsində açılmış cinayət işinə baxıb və yekunda onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.