"Matrisa" filmi haqda faktlar - FOTOLAR - VİDEO
    • 8-12-2018, 12:16
    • 3 864

"Matrisa" filmi haqda faktlar - FOTOLAR - VİDEO

Bu dəfə "Kino-fakt" rubrikasında 1999-cu ildə rejissorlar Lili və Lana Vaçovski tərəfindən lentə alınan və 2000-ci ildə 4 nominasiya üzrə Oskar qazanan “The Matrix” filmi haqqında 12 faktı təqdim edirik:

1. Neo roluna Yuen MakQreqor, Leonardo DiKaprio və Tom Kruz namizəd olmuşdu. Uil Kilmer isə Morfius roluna namizəd idi. Uil Smit də Neo rolunu oynaya bilərdi, amma o, “Wild Wild West” filmində çəkilməyi üstün tutub.

2. Rejissorlar Lana və Lili Vaçovskilərin planına görə Agent Smitin rolunu Jan Reno canlandırmalı idi. Lakin Reno “Qodzilla” filmində işləməyi üstün tutub.

3. Filmin əsas aktyorları çəkilişdən əvvəl şərq əlbəyaxa döyüş növlərinin əsaslarını öyrəniblər. Bu təlimlər 1997-ci ilin oktyabr ayından 1998-ci ilin mart ayına qədər davam etmişdi. Aktyorlar isə bu qədər yüklənəcəklərini gözləmirdilər və əmin idilər ki, praktiki bacarıqları mənimsəmək üçün onlara bir neçə həftə kifayət edəcək.

4. 2002-ci ilin ortasında (Matrisanın yayımından 3 il sonra) “asta uçan güllə effekti” 20 müxtəlif filmdə istifadə edilmişdi.

5. Filmin sonunda Kianu Rivzin qəhramanı final monoloqu səsləndirir. Maraqlıdır ki, bundan öncə Kianu aktyorluq karyerası ərzində heç vaxt ard-arda 5 cümlədən artıq fikir səsləndirməmişdi.

6. Kianu Rivz filmin növbəti iki hissəsinin xüsusi effektlərinin hazırlanması üçün, özünün 38 milyon dollarını yatırmışdı.

7. Nikolas Keyc Neo rolunu oynamağı rədd etmişdi.

8. Filmin baş qəhrəmanlarının istifadə etdiyi avtomobil 1965-ci ilin "Lincoln Continental" modelidir.

9. Filmdə göstərilən bütün şəhər xəritələri Çikaqoya aiddir.

10. Baş qəhrəmanların xarizmatik eynəkləri "Blinde" brendi tərəfindən təqdim olunmuşdu. Tenderdə günəş şualarından qorunmaq üçün eynək istehsal edən 3 şirkət iştirak edirdi. İnanılmazdır, amma tenderdə "Ray-Ban" və "Arnette" kimi nəhəng şirkətlər uduzmuşdu.

11. Filmin çəkilişi tam olaraq Avstraliyada aparılıb. Lakin çəkiliş əsnasında məlum olub ki, Avstraliyada filmin çəkilişi üçün yararlı şəhər görünüşü demək olar ki, yoxdur. Nəticədə bütün dekorasiyaları yerindəcə hazırlamaq lazım olub.

12.Filmin səhnələrindən birinin çəkilişi zamanı aktrisa Kerri-Enn Moss ayağını sındırır. Lakin o bu barədə çəkiliş heyyətinə məlumat vermir. Çünki karyerası üçün çox əhəmiyyətli olan rolu itirmək istəmirdi.

Hazırladı: Səməd AĞAYEV