Məleykə Abbaszadə tənqidlərə cavab verdi
    • 16-04-2022, 13:04
    • 501

Məleykə Abbaszadə tənqidlərə cavab verdi

Biz tənqidləri araşdırırıq. Çox zaman da məlum olur ki, bu qınaqların əsası yoxdur”.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illlik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri haqda danışarkən deyib.

O bildirib ki, statistikalar bunu deməyə əsas verir: "5900 nəfər apelyasiya ərizəsi yazıb. Baxın, 67 min imtahan veribsə və onlardan narazı qalanların sayı 5900 nəfərdirsə, bu heç 10% belə eləmir. Apelyasiya verənlərin arasında elə insanlar var ki, onlar ümumiyyətlə işlərini açıb baxmayıblar və yaxud da apelyasiya qaydalarına uyğun müraciət etməyib”.