"Araz FM"də Seyid Şuşinski anıldı
    • 16-04-2022, 13:24
    • 1 014

"Araz FM"də Seyid Şuşinski anıldı

Qovuşduran radio “Araz FM”in “Qəbul  vaxtı” verilişi bu dəfə şərq musiqisinin incisi, muğam ustası Seyid Şuşinskinin anadan olmasının 133 illiyinə həsr edildi.

News24.az xəbər verir ki, bu münasibətlə canlı yayıma dəvət edilən qonaqlar muğam ustasının yaradıcılığından danışdılar. Verilişin qonaqları Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev məşhur xanəndənin ömür yoluna nəzər saldı: “Mən Ağanı sağ vaxtı gördüyüm üçün çox qürurluyam. Düzdür, mənim onda yaşım az idi, amma illər keçdikcə necə bir sənətkarı tanıdığımı dərk etmişəm”.

Xalq artisti, sevilən xanəndə Teyyub Aslanov tar və kamanın müşayiəti ilə Seyid Şuşinskinin daha çox ifa etdiyi “Bayatı-Şiraz”, “Çahargah”və onun şöbələrini ifa edib. Veriliş muğamlarla yekunlaşıb.