Rusiya Lvova raket zərbələri endirib

Rusiya Lvova raket zərbələri endirib Dünya
Rusiya ordusu Lvov vilayətinə raket zərbələri endirib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Bildirilir ki, hücum səhər saat 05:46-da başlayıb və 07:02-yə qədər davam edib.

“Lvov vilayətinə raket zərbələri Su-35 təyyarələrindən endirilib.

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Qərb" Hərbi Hava Komandanlığının zenit-raket qoşunlarının bölmələri dörd qanadlı raketi məhv edib! İşğalçıların qırıcıları Baranoviç aerodromundan havaya qalxıb", -  Kozitski bildirib.