İtaliyanın baş naziri koronavirusa yoluxub
    • 18-04-2022, 20:03
    • 289

İtaliyanın baş naziri koronavirusa yoluxub

İtaliyanın baş naziri Mario Dragi koronavirusa yoluxub.

Bunu İtaliya hökumətinin mətbuat xidməti bildirib. Qeyd olunur ki, baş nazirin xəstəliyi simptomsuz keçirir və hazırda özünütəcrid rejimində işini davam etdirir.

Eyni zamanda, məlumat verilir ki, M.Darginin aprelin 20-si və 21-də Anqola və Konqoya planlaşdırılan səfərlərində onu ölkənin xarici işlər naziri Luici di Mayo və ekoloji modernləşdirmə və transformasiya naziri Roberto Çinqolani təmsil edəcək.  /Trend.az/