Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də imtina edir
    • 8-12-2018, 13:55
    • 1 374

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də imtina edir

"Qarabağ" futkol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən istefa verməyi qərara alıb. 

Bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib. 
O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q. Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.