Baş Prokurorluq maarifləndirici videoçarx yayımladı - VİDEO
    • 20-04-2022, 12:26
    • 410

Baş Prokurorluq maarifləndirici videoçarx yayımladı - VİDEO

Onlayn alış-veriş zamanı dələduzluğun aradan qaldırılması məqsədilə Baş Prokurorluq maarifləndirici videoçarx yayımlayıb. 

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Təqdim olunan videoçarxda onlayn alış-veriş zamanı baş verən dələduzluq halları ilə bağlı maarifləndirici məlumat verilib.
 
Qeyd edilib ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi, vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq "maariflənək" həştəqi altında ictimaiyyətə təqdim olunub.