Bu şəxsi tanıyanlar
    • 20-04-2022, 13:37
    • 321

Bu şəxsi tanıyanlar "102"yə xəbər versinlər - FOTO

Xəzər rayonu Mərdəkan qəsəbəsində 55-60 yaşlarında boyu 170 santimetr olan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, ilkin ehtimalla mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub.

Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan, barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə, həmçinin,

Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.