-
- 20-04-2022, 16:31
- 436
Bakıda DƏHŞƏT: Oğul anasını qətlə yetirdi - YENİLƏNDİ- VİDEO
Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Nizami Rayon Prokurorluğundan News24.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmova bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
14:20
Bakıda küçədə qadın qətlə yetirilib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.
35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.