Ana övladını küçədə yatmağa MƏCBUR EDİR? – FOTO
    • 23-11-2021, 09:00
    • 427

Ana övladını küçədə yatmağa MƏCBUR EDİR? – FOTO

Tovuzda gecə saatlarında bir qadın və azyaşlının küçədə çəkilən görüntüləri müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, həmin fotonun rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilir.

İlkin məlumata görə, şəkildəkilər ana və övladdılar.

Qadının əqli problemləri olduğu, buna görə də uşağı küçədə gecələməyə məcbur etdiyi iddia edilir. Məlumata görə, qadın gecə saat 02-03 radələrində azyaşlı övladını küçəyə gətirir, üstünü örtərək özü evinə gedir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, hazırda məsələ polisin nəzarətindədir və görüntü ilə bağlı araşdırma aparılır.

Foto: Anar Sərvaz