Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nı akkreditasiyadan keçirib
    • 8-12-2018, 16:17
    • 858

Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nı akkreditasiyadan keçirib

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai biliklər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 41-ci maddəsinin 3-cü hissəsinə və Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.

Əqli Mülkiyyət Agentliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi akkreditasiyadan keçmək ilə əlaqədar Agentliyə müraciət edib. Müraciətlə əlaqədar Gildiya tərəfindən təqdim olunan sənədlər və məlumatlar müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilib. Təhlil zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar işçi qaydada Gildiya rəhbərliyi tərəfindən aradan qaldırılıb.
Dekabrın 7-də Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclası keçirilib. Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Gildiyanın audiovizual sahədə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə ölkədə yaradılmış ilk təşkilat olduğunu, audiovuzual əsər müəlliflərinin hüquqlarının idarəçiliyində xeyli təcrübə qazandığını və hazırda öz Nizamnaməsindən irəli gələn vəzifə və funksiyalarını müsbət həyata keçirdiyini bildirib. O, Agentliyin rəhbərliyinin Gildiyanın qarşılaşdığı çətinliklər, xüsusilə də istifadəçilər ilə mübahisələrin həllində hüquqi yardımın göstərilməsində hazıq olduğunu qeyd edib.
“Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın Bürosunun sədri kinorejissor Hüseyn Mehdiyev 1999-cu ildə yaradılan təşkilatın əsas məqsədinin müəlliflərin hüquqlarının qorunması və idarəolunması nəzərə çatdıraraq təşkilatın fəaliyyətinin yekunları haqqında məlumat verib. O, Gildiyanın Agentlik ilə daim əməkdaşlıq etdiyini və mütəmadi olaraq dəstək aldığını vurğulayıb.
Komissiya üzvləri müraciətlə bağlı öz fikir və təkliflərinin bildiriblər. Toplantının yekununda Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın yenidən akkreditasiyadan keçirilməsi haqqında qərar qəbul edilib.

//Report