Bakıda güclü külək səbəbindən iki nəfər XƏSARƏT ALDI
    • 21-04-2022, 10:43
    • 265

Bakıda güclü külək səbəbindən iki nəfər XƏSARƏT ALDI

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.