Bakıdakı qarda yıxılanlarınn sayı daha da  artdı
    • 24-02-2021, 13:29
    • 377

Bakıdakı qarda yıxılanlarınn sayı daha da artdı

Bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəarətləri alıb.

Səhiyyə Nazirliyindən News24.az-a verilən xəbərə görə, yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

****
Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə News24.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Saat 11:30-a qədər olan məlumata görə isə hava şəraiti ilə əlaqədar 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 4-ü  kişi, 8-i qadındır.