Bakıda Cəlilabad sakini döyüb talayan şəxslər saxlanıldılar
    • 21-04-2022, 10:59
    • 331

Bakıda Cəlilabad sakini döyüb talayan şəxslər saxlanıldılar

Bakıda quldurluq hadisəsi baş verib.

DİN-dən News24.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini T.Məmmədovu döyüb quldurluq yolu ilə 124 manat pulunu, mobil telefonunu, gümüş boyunbağısını və bank kartını talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Şahlar Bayramov və Hacıəkbər Abbaszadə müəyyən edilərək saxlanılmışlar. 

Araşdırma aparılır.