Döyüb 340 manat pulunu və mobil telefonunu aldılar - Bakıda quldurluq
    • 23-06-2021, 16:17
    • 404

Döyüb 340 manat pulunu və mobil telefonunu aldılar - Bakıda quldurluq

Bakıda quldurluq hadisəsi baş verib.

News24.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Binəqədi qəsəbə sakini C.Məmmədovu döyüb 340 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Qurbanzadə, əvvəllər məhkum olunmuşlar - E.Əzimov və T.Quliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.