"Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İctimai Birliyinin tədimatı keçirilib
    • 8-12-2018, 16:27
    • 1 292

"Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İctimai Birliyinin tədimatı keçirilib

Bu gün Azərbaycan Bayrağı ordenli, aprel şəhidi Təbriz Musazadənin xanımı Pərişan Musazadənin təsis etdiyi "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İctimai Birliyinin tədimatı keçirilib.

Tədbirdə Təbriz Musazadənin döyüş yoldaşları, Qarabağ qaziləri, hüquq müdafiəçiləri, şəhid ailələri iştirak ediblər.
Pərişan Musazadə deyib ki, həyat yoldaşının daim övladlarının, onların timsalında bütün uşaqların oxumasını arzulayıb, şəhid dostlarının övladlarına təmənnasız yardım edəcək təşkilat yaratmaq istəyib. "Təbrizin arzusunu yerinə yetirmək istədim. Könüllü müəllim və həkimlərin yardımı ilə birlik olduq, şəhid və kimsəsiz uşaqlara tam pulsuz kurslar verəcəyik. Onların dövlətimiz üçün layiqli övlad olmasında bizim də payımız olsun" - P.Musazadə deyib.
Şəhid pilotun döyüş yoldaşları isə uşaqların təhsili üçün əllərindən gələn köməkliyi göstərəcəklərini söyləyiblər.

//Report