-
- 8-12-2018, 16:45
- 830
Dövlət Gömrük Komitəsində 1 ay müddətində TIR-EPD sistemi tətbiq ediləcək
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin - TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, seminarda DGK-nın rəsmiləri ilə yanaşı, daşıyıcı şirkətlərin təmsilçiləri də iştirak ediblər.
Tədbirdə çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Anar Məmmədov bildirib ki, Azərbaycanın tranzit potensialının artırılması istiqamətində ölkə rəhbəliyi tərəfindən müəyyən olunmuş siyasətə və qəbul olunmuş proqramlara uyğun olaraq, gömrük orqanları bu sahəyə öz töhfəsini verməkdədir. Bu çərçivədə, ölkəmizdə TIR EPD sisteminin tətbiqinin tranzit daşımaların asanlaşdırılması və sürətləndirilməsi işində mühüm addımlardan biridir. İdarə rəisi qeyd edib ki, TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq ediləcək.
DGK Risklərin İdarə Olunması və Risk Analizləri İdarəsinin əməkdaşı Ziya Ağayev isə vurğulayıb ki, layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da BYD proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətnin optimallaşdırılmasına gətirib çıxaracaq.
Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Fərid Vəliyevtəqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanın tərəfi olduğu BYD konvensiyasının imkanlarından daha geniş istifadə edilməsi vasitəsilə tranzit əməliyyatlarının sadələşdirilməsi gömrük orqanlarının diqqətdə saxladığı prioritet məsələlərdən biridir. Bu çərçivədə BYD daşımaları zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən TIR EPD sistemi ilə təqdim edilməsi, həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təmin edəcək, həm də əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsi zamanı məlumatlandırma və qeydiyyat mərhələsində, eləcə də risklərin analizi sahəsində səmərəliliyin artırılmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, BYD kitabçası ilə həyata keçirilən daşımalar zamanı pritoritet qaydada sərhəd keçidinə nail olunması istiqamətində əsas addımlardan birini təşkil edir.
Qeyd edək ki, TIR EPD sisteminin 1 ay müddətini əhatə edəcək pilot fazası ərzində Komitənin aidiyyəti struktur bölmələri tərəfindən proseslərin monitorinqi aparılmaqla, təkmilləşdirilməsinə ehtiyac olan sahələr müəyyən olunacaq və sistemin tam şəkildə BYD prosedurundan istifadə edən xarici daşıyıcılara da şamil edilməsi üçün zəruri tədbirlər görüləcək.
Seminarda iştirak edən daşıyıcı şirkətlərin nümayəndələri digər dövlətlərdə həyata keçirilən daşımalar zamanı TIR EPD sistemindən istifadə ilə bağlı təcrübələrini bölüşüb, bu sahədə ətraflı müzakirələr aparıblar.
Qeyd edək ki, hazırda BYD konvensiyasının 74 tərəf dövləti olmasına baxmayaraq, bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR EPD sistemi tətbiq olunur.
Ölkəmizdə bu sistemin tətbiqi, BYD proseduru çərçivəsində daşımaların tam elektronlaşdırılmasını nəzərdə tutan eTIR pilot layihələrinin həyata keçirilməsi məqsədilə görülən mühüm hazırlıq tədbirlərindən biridir.
//Report