-
- 8-12-2018, 17:00
- 890
“Qızıl top” mükafatı üçün səsvermədə ... mövcud olmayan jurnalistlər səs veriblər
İspaniyada nəşr edilən “Marca” adlı gündəlik idman qəzetində yayılmış məlumata görə, bu il “Qızıl top” mükafatı üçün səsvermədə iştirak edənlərin siyahısında bir sıra ziddiyyətlər aşkar olunub.
Komor adalarından olan Abdu Boyn ad-soyadlı jurnalist “Pari Sen-Jermen” komandasının və Fransa yığmasının hücumçusu Kilian Mbappeyə səs verib, lakin məlum olub ki, Komor adalarında Abdu Boyn ad-soyadlı jurnalist yoxdur, guya onun təmsil etdiyi nəşr isə altı ildən çox bundan əvvəl bağlanıb.
Komor adaları Jurnalistlər Assosiasiyasının prezidenti Stefan Axamadi deyib: “Abdu Boyn haqqında heç bir məlumat yoxdur. Əgər bu jurnalist başqa bir kütləvi informasiya vasitəsini təmsil etsəydi, onda mən Fransa nəşrinin səhvini başa düşə bilərdim, lakin belə bir adam yoxdur”.
Nəşrdə Trinidad və Tobaqodan olan xanım jurnalist Lasana Liburdun belə bir bəyanatından da bəhs edilir ki, səsvermənin təşkilatçıları onun səsini düzgün hesaba almayıblar. Jurnalist xanım iddia edir ki, o, səsvermədə Lionel Messiyə birinci yeri, Antuan Qrızmanna isə beşinci yeri verib. “France Football” nəşrində dərc olunmuş cədvəldə isə bu oyunçuların yerləri dəyişik salınıb.
Jurnalistlər arasında səsvermənin yekunlarına əsasən qalib gəlmiş Luka Modriç 753 bal toplayıb. “Qızıl top” uğrunda mübarizədə ikinci yeri İtaliyanın “Yuventus” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu (476), üçüncü yeri isə İspaniyanın “Atletiko” komandasının fransalı hücumçusu Antuan Qrizmann (414) tutub.
//AZƏRTAC