Tərtər sakinlərində metamfetamin və heroin aşkalandı
    • 22-04-2022, 11:48
    • 298

Tərtər sakinlərində metamfetamin və heroin aşkalandı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri N.Əhmədli və Ş.Misirov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.