DTX rəisinin müavini: "Kibertəhlükə ilə mübarizədə birgə fəaliyyətə ehtiyac var"
    • 22-04-2022, 18:20
    • 411

DTX rəisinin müavini: "Kibertəhlükə ilə mübarizədə birgə fəaliyyətə ehtiyac var"

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən zəruri kiber əməliyyatlar nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinə dəstək verilib".

News24.az xəbər verir ki, bunu DTX rəisinin müavini İlqar Musayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: "Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik. Ümumiyyətlə, kibertəhlükə ilə mübarizədə uğurlu nəticələrin əldə olunması üçün dövlət və özəl sektorda fəaliyyət göstərən subyektlərin, vətəndaş cəmiyyətlərinin birgə işinə ehtiyac var”.