Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olundu
    • 22-04-2022, 20:26
    • 374

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olundu

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb. /Report/