Arvadını qətlə yetirən Elvin: "Barışmaq istəmədiyi üçün öldürdüm" -VİDEO
    • 22-04-2022, 23:25
    • 325

Arvadını qətlə yetirən Elvin: "Barışmaq istəmədiyi üçün öldürdüm" -VİDEO

Türkiyədə boşanmaq üzrə olduğu arvadını öldürən azərbaycanlı Elvin Umayevin polisə verdiyi ifadədəsi yayılıb.

News24.az Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, o, həyat yoldaşını öldürməsinə səbəb kimi barışmaqdan imtina etdiyini səbəb göstərib.

“Həyat yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Uşaqlarımızı da mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində deyib.

Qeyd edək ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin belindən çıxardığı tapança ilə Turanənin başına atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Arvadını öldürən kişi polisə təslim olub. Məlumata görə, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.