Azərbaycanda dəhşət - Ər arvadını öldürdü, bibisini...
    • 16-08-2018, 10:15
    • 1 497

Azərbaycanda dəhşət - Ər arvadını öldürdü, bibisini...

Samuxda ər arvadını qətlə yetirib.

Hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildiirlir. Məlumata görə M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Cinayəti törədən Elvin Bayramov saxlanılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi acılıb, araşdırma aparılır.

/Report