Mariupolda daha bir kütləvi məzarlıq aşkar edildi
    • 23-04-2022, 01:51
    • 401

Mariupolda daha bir kütləvi məzarlıq aşkar edildi

Ukraynanın Mariupol şəhərinin ətrafındakı Vinoqradnoe kəndində mindən çox insanın basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

Bu barədə Mariupol şəhər sovetinin məlumatında deyilir.

Bildirilir ki, “Planet” peykindən 20 aprel tarixində çəkilmiş şəkillərdə 45X25 metr ölçüdə kütləvi dəfnetmə yeri görünür. Burada mindən çox mariupollunun basdırıldığı ehtimal edilir.

Şəhər soveti bu cür dəfn yerlərinin çox olduğunu qeyd edib. /Unikal.org/