-
- 9-04-2022, 19:11
- 447
Ukraynalı deputat ruslarla razılaşdı - Xəyanətkar elan edildi
Rus ordusu tərəfindən Mariupola nəzarətçi təyin edilən yerli deputat Konstantin İvaşçenko Ukrayna tərəfindən dövlətə xəyanətdə şübhəli bilinib.
Bu barədə Ukrayna Baş Prokurorluğu bildirib.
“Donetsk vilayəti prokurorluğunun rəhbəri vilayətin Mariupol şəhər şurasının deputatının dövlətə xəyanətdə şübhəli bilinməsi barədə qiyabi məlumat verib”, - məlumatda deyilir.
İstintaqın məlumatına görə, şəhər şurasının deputatı “Müxalifət platforması- Həyat Naminə” hazırda Rusiya silahlı qüvvələrinin qismən nəzarətində olan Mariupolda olarkən könüllü olaraq işğalçılarla əməkdaşlığa razılıq verib.
Müxalifət platformasından olan digər yerli deputat Xarmışev isə icmanın katibi seçilib. Qeyd edilir ki, Mariupol və ətraf kəndlərdən bir çox başqa deputatlar və yerli hakimiyyət nümayəndələri silah gücü ilə "iclas"a gətirilib.
Separatçı Donetski respublikasının sədrinin 6 aprel 2022-ci il tarixli fərmanına əsasən, İvaşçenko özünü Mariupol şəhəri administrasiyasının rəhbəri adlandırır.
Qismən işğal olunmuş şəhərin saxta rəhbəri Rusiya Federasiyasına və onun hərbiləşdirilmiş birləşmələrinə hərbi vəziyyət şəraitində Ukraynaya qarşı təxribat fəaliyyəti həyata keçirməyə kömək edir.
İbtidai istintaqı Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Donetsk və Luqansk vilayətləri üzrə aparır. /Teleqraf.com/