Flora Kərimova Tünzaləyə səsləndi:
    • 23-04-2022, 12:04
    • 463

Flora Kərimova Tünzaləyə səsləndi: "İndi bir can sınağın var"

"Tünzalə qızım, xoşbəxt qadın xoşbəxt ana olandır. Xoşbəxt insan, ətrafındakı insanların ona olan rəğbətinə şahidlik edəndir. Xoşbəxt sənətçi isə şadlığına sevinən, kədərini bölüşən tamaşaçısı olandır. Ömrün bu bəxşişlərini çoxdan almısınız".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevaya ünvanlayıb.
Xalq artisti hazırda səhhəti pisləşən sənətçiyə xəstəliklə mübarizədə belə dəstək olub: "Həyatın dəyəri, insanın mənliyidir. Güclü olmaq dözüm deyil, əzm deyil... Güclü qadın, özünün bir parçasına - "Anam hər zaman haqlıdır. Anam doğrusunu bilir.  Anam ən gözəl insandır" kəlimələrini əməlləri ilə örnək olub dedizdirə biləndir. Bunu da siz bacarmısınız. İndi bir can sınağınız var. Bunun da öhdəsindən gələcəksiniz. Keçəcək… Əminəm... Sizin sevginizdən, niyyətinizdən, arzularınızdan əminəm. Tanrının böyüklüyündən əminəm. Yaxın günlərdə "həyata gözəl dərs verdin, qızım" deyib, saçlarınızdan öpəcəyimdən".