COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
    • 23-04-2022, 17:05
    • 400

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4363 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, üç və daha çox doza vaksin vurduranların sayı 3346, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir.