Ötən gün yol qəzalarında 3 nəfər öldü
    • 26-04-2022, 10:25
    • 273

Ötən gün yol qəzalarında 3 nəfər öldü

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, aprelin 25-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.