Bakıda 8 yaşlı məktəbli intihar etdi
    • 27-04-2022, 13:00
    • 254

Bakıda 8 yaşlı məktəbli intihar etdi

Bakıda 8 yaşlı oğlan uşağı intihar edib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü V.M. (ad, soyadı şərti) özünü evdə asıb. Onu evdə anası asılı vəziyyətdə aşkarlayıb.

V.M.-nın məktəbdə sinif yoldaşının incitdiyi iddia edilir.

Baş Prokurorluğunun Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. /Report.az/