Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi
    • 27-04-2022, 13:14
    • 411

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

News24.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.