Prezident: “Əgər sülh sazişi imzalansa, Qafqazda sülh davamlı olacaq”
    • 29-04-2022, 11:17
    • 568

Prezident: “Əgər sülh sazişi imzalansa, Qafqazda sülh davamlı olacaq”

“Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

“Bu İkinci Qarabağ müharibəsindən il yarım sonra mühüm əlamət, göstəricidir. Ümid edirəm, Ermənistan rəhbərliyi və əhalisi sülhün vacibliyini anlayır. Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - dövlət başçısı bildirib.