Gələn il Bakıda ədəbiyyat üzrə festivallar festivalı keçiriləcək

Gələn il Bakıda ədəbiyyat üzrə festivallar festivalı keçiriləcək
MƏDƏNİYYƏT / SİYASƏT

10-12-2018, 16:45

Mətn ölçüsü

Bakıda Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalı keçiriləcək.

News24.Az xəbər verir ki, artıq təşkilat komitəsi Bakı festivalının ölkəmiz üzrə Fəxri Spikerlərini elan etməyə başlayıb. Onlardan ilk 3-ü Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti  Nizami Cəfərov, dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamal Abdulla və hüquq elmləri doktoru, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayevdir.

Festivallar festivalı 2019-cu ilin sentyabrında reallaşacaq.

News24.Az