-
- 29-04-2022, 22:55
- 3 389
Zülfiyyə Xanbabayeva: "Efirə çıxdığım üçün qırğın oldu" - VİDEO
“Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı istəmirdilər”.
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-də yayımlanan “Görüş yeri” proqramında deyib.
Müğənni valideynlərinin efirə çıxmasına qoyduğu qadağalardan danışıb:
“Deyirdim ki, səhnənin özündə olmasam da, arxada olum. Yalvardım, axırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmağa imkan verdilər. Rejissorluq üzrə təhsil aldım. Gəldim Vaqif Gərayzadənin yanına, müsabiqəyə qatıldım. İlk dəfə Cavanşir Quliyev mahnı yazmışdı, efirdə oxumuşdum. Bunun üstündə evdə böyük qırğın olmuşdu ki, qızımız efirə çıxıb. Bundan sonra evdəkilərin mənə qarşı qadağaları başladı. Valideynlərimə dedim ki, başınızı aşağı etməyəcəm. Mənimlə fəxr edəcəksiniz”.
Z.Xanbabayeva evində azad olduğunu da vurğulayıb:
“Orada azadam. Evimdə nə istəyirəm edirəm”.
Daha ətraflı videoda: