Beynəlxalq axtarışda olan azərbaycanlı SAXLANILDI
    • 30-04-2022, 14:55
    • 449

Beynəlxalq axtarışda olan azərbaycanlı SAXLANILDI

İnterpol xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiyada saxlanılıb.

News24.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən 1983-cü il təvəllüdlü Mütəllimov Loğman Gülağa oğlu çoxsaylı oğurluqlarda təqsirli bilindiyi üçün İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışa verilən həmin şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Onun ölkəyə ekstradisiyası üçü tədbirlər görülür. /Oxu.Az/