Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı
    • 16-10-2019, 23:03
    • 998

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub.


News24.az xəbər verir ki, “İnterpol” xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

V.İsgəndərovanın Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.