160 saylı gimnaziyada Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə YARIŞ KEÇİRİLDİ- VİDEO
    • 30-04-2022, 18:45
    • 1 211

160 saylı gimnaziyada Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə YARIŞ KEÇİRİLDİ- VİDEO

Ulu öndər, ümumilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi 99 illik yubileyi ölkəmizin hər yerində, hətta onun hüdudlarından kənarda qeyd edilir.

Belə tədbirlərdən biri də Bakının 160 saylı Klassik Gimnaziyada baş tutub. Təhsil ocağının şagirdlərinin böyük həvəslə qatıldığı tədbirdə öncə Ümumilli lider Heydər Əliyevin həyatı, şərəfli ömür yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən danışılıb.

Məktəbin müəllimləri Heydər Əliyevin ölkəmizi dünyaya tanıdan, ona beynəlxalq aləmdə nüfuz qazandıran dahi siyasətçi, böyük vətənpərvər olmasından söz açıblar: "Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının da xilaskarı məhz Heydər Əliyevdir.  Heydər Əliyev xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib çıxmağımıza səbəbkar olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətidir. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər daim xalqın yaddaşında qalacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.” 

Daha sonra tədbir şagirdlərin müxtəlif idman  yarışları ilə davam edib. Fiziki inkişaf, fəallıq, öncüllük aşılayan oyunların sonunda uşaqlar medallarla mükafatlardırılıblar. 

Müxbir: Qumral ƏLİYEVA
VİDEO/FOTO: Nicat NİFTƏLİYEV