Azad olunan ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaq
    • 2-05-2022, 13:47
    • 362

Azad olunan ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaq

2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb".

News24.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.

Sədr qeyd edib ki, burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir: "İşğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur".